Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 144-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Televiziya diqqətə çatdırıb ki, 113 nəfər şimal-qərbdəki Qansu əyalətində, daha 31 nəfər qonşu Sinxay əyalətində ölüb, 3 nəfər isə hələ də itkin düşüb.

Xatırladaq ki, daha əvvəl 131 nəfərin öldüyü bildirilirdi.