Çində 6,2 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin 131 nəfərə çatıb.

Bu barədə İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, zəlzələ nəticəsində xəsarət alanların sayı isə 980 nəfərə çatıb. Bundan əlavə, 16 nəfər itkin düşüb.

Qeyd edək ki, dekabrın 18-də baş vermiş zəlzələ Qansu və Çinxay əyalətlərində böyük dağıntılara səbəb olub. Yollar və elektrik xətləri zədələnib, 150 mindən çox ev dağılıb.

 

Gözəl Həşimova