Beynəlxalq səviyyədə qiymətlərin artması ilə əlaqədar Çin benzin və dizelin pərakəndə satış qiymətlərində artımlar edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, ölkənin əsas iqtisadi planlaşdırma orqanı olan Milli İnkişaf və İslahat Komissiyası sabahdan etibarən benzinin qiymətinin 240 yuan (33,30 dollar), dizel yanacağının qiymətinin isə 230 yuan (31,91 dollar) artacağını açıqlayıb.

Komissiya ölkənin ən böyük istehsalçıları olan Çin Milli Neft Korporasiyası (CNPC), Çin Neft-Kimya Korporasiyası (SINOPEC), Çin Milli Xarici Neft Korporasiyası (CNOOC) və neft emalı zavodlarından neft hasilatını saxlamaq və onun paylanmasını asanlaşdırmaqla tədarük sabitliyini qoruyub saxlamağı xahiş edib.

Çində tətbiq edilən neftin qiyməti rejiminə əsasən, tənzimləyici qurum olan Milli İnkişaf və İslahat Komissiyası daxili bazarda neftin pərakəndə satış qiymətini hər 10 iş günündən bir beynəlxalq qiymətlərə uyğun olaraq tənzimləyir.

Neftin bir barelinin qiyməti 130 dollardan yuxarı qalxarsa və ya 40 dollardan aşağı düşərsə, zamandan asılı olmayaraq qiymətə birbaşa müdaxilə edilir.