Çinin Tszyansi əyalətində sürəti saatda 127,8 kilometrə çatan şiddətli tufanlar nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bu barədə İqtisadiyyat.az dünya statistikasına istinadən xəbər verir.

Şəhərdə 2-si 20-ci mərtəbədən, biri isə 11-ci mərtəbədən yıxılan 3 nəfər həyatını itirib. Çində güclü külək, leysan və dolu martın 31-dən bəri 9 şəhərdə təxminən 93 min insana təsir edib.

Fırtınalar nəticəsində 5 min 700 hektar kənd təsərrüfatı sahəsinə və 2 min 751 evə ziyan dəyib, 800-dən çox insan evlərindən təxliyə edilib.

 

Gözəl Həşimova