Çinin şimal-şərqindəki Heyloncianq əyalətində "Xanın" tayfunun təsiri ilə artan yağışlar səbəbindən iki bölgədə daşqın təhlükəsinə qarşı "fövqəladə" xəbərdarlıq edilib.

İqtisadiyyat.az xəbər verir ki, Heyloncianq əyalətinin meteorologiya mərkəzinin məlumatına görə, Ciamusi əyalətinin Tanqyuen və Çitayhi bölgələrində hər kvadrat metrə düşən yağıntının miqdarının 100 millimetri keçəcəyi gözlənilir.

Daşqın təhlükəsi ilə əlaqədar hər iki rayonda “qırmızı” həyəcan elan edilib. "Qırmızı" kateqoriyada həyəcan Çinin 4 kateqoriyalı daşqın xəbərdarlığı sistemində ən yüksək səviyyəni təmsil edir. Ondan sonra təcililiyə görə "narıncı", "sarı" və "mavi" gəlir.