“Müdafiə naziri vəzifəsinə təyinatdan sonra Rusiyaya ilk xarici səfərim Çinin Rusiya ilə strateji əməkdaşlığı gücləndirməkdə qəti niyyətini bütün dünyaya nümayiş etdirmək məqsədi daşıyır”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Li Şanfu Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bildirib.

“Müdafiə naziri vəzifəsinə təyin olunduqdan sonra Çin-Rusiya münasibətlərinin yüksək inkişaf səviyyəsini dünyaya nümayiş etdirmək, Çin və Rusiya Silahlı Qüvvələri arasında strateji əməkdaşlığı gücləndirmək əzmini nümayiş etdirmək üçün səfərin birinci yeri məhz Rusiyayadır”, - deyə Çin MN başçısı vurğulayıb.