İsrail ilə HƏMAS qruplaşması arasında müharibənin davam etdiyi bu günlərdə Çindən maraqlı xəbərlər gəlib. Məşhur Çin rəqəmsal xəritə tətbiqləri və veb saytları İsrail ilə Fələstinin adını platformalarından "silib".

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, digər ölkələrin adlarının yer aldığı xəritələrdə bu iki ölkə ilə bağlı axtarışlar nəticəsiz qalıb.

Belə ki, Çinin "Baidu" və "Gaode" kimi xəritəçəkmə proqramlarında bütün ölkələr öz adları və bayraqları ilə göstərilib. Ancaq İsrail ilə Fələstinin adı və bayrağı bu xəritələrdən "silinib". Məsələ ilə bağlı şirkətlərdən heç bir açıqlama verilməyib.

Xatırladaq ki, Çin İsrail və Fələstin dövlətlərini rəsmən tanıyır.

 

Gözəl Həşimova