Avropanın qərb bölgələrində təsirli olan "Ciaran" qasırğası səbəbilə İspaniya, Belçika, Almaniya, Fransa və Hollandiyanın cənubunda ölüm halları qeydə alınıb.

Bu barədə İqtisadiyyat.az "Sputnik International"a istinadən xəbər verir.

Qərbi Avropada leysan yağışlar və qasırğa nəticəsində ölənlərin sayı 15-ə çatıb. İtaliyanın Toskana regionunda isə 40 minə yaxın insan güclü yağışlar səbəbindən işıqsız qalıb.

Məlumata görə, "Ciaran" qasırğası son rübün ən dağıdıcı qasırğası oldu.

 

Gözəl Həşimova