Ceyhun Bayramov Türkiyədə Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov öz tvitter hesabında paylaşım edib. 

"Türkiyəyə rəsmi səfər çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyduq. Ümummilli Liderin əziz xatirəsini yad etdik", - nazir qeyd edib.