Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov separatçıların hərbi texnikalarının fotolarını BMT Təhlükəsizlik Şurası iclasının iştirakçılarına təqdim edib.

İqtisadiyyat.az xəbər verir ki, bu Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələrdə çıxışı zamanı baş verib. 

Azərbaycanın xarici işlər naziri BMT müzakirələrində iştirak edən tərəflərə Azərbaycanın daxili işlərinə qarışmamağı bir daha xatırladıb. Eyni zamanda ermənilərin təxribatları və pozucu addımları barədə geniş məlumat verib.