Normallaşma prosesinin digər elementləri arasında Ermənistan-Azərbaycan dövlət sərhədinin bir hissəsinin delimitasiya və demarkasiyasının baş verməsidir.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı ilə birgə brifinqdə deyib.

“Bunun nəticəsində işğal altında olan 4 Azərbaycan kəndinin azad olunmasının tərəflər arasındakı prosesə müsbət təsirləri barəsində fikir mübadiləsi apardıq”, - XİN rəhbəri əlavə edib.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan sülh prosesinə sadiqdir: “Biz tərəfimizdən növbəti lazımi addımları atmağa hazırıq”.