Çexiyada universitetdə baş verən atışmadan sonra dekabrın 23-ü matəm günü elan edib.

Bu barədə İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, Çexiya hökuməti Praqa universitetində baş verən atışmadan sonra 23 dekabr tarixini milli matəm günü elan edib.

Son məlumatlara görə, atışma nəticəsində 14 nəfər ölüb, 25 nəfər isə yaralanıb.

Xatırladaq ki, dekabrın 21-də Praqada Çarlz Universitetinin Fəlsəfə fakültəsində atışma olub.

 

Gözəl Həşimova