Azərbaycan bu ilin yanvar-avqust aylarında Çexiyaya 530,1 milyon dollar dəyərində 916,8 min ton neft ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 25,3% artıb, dəyər baxımından isə 55,9 milyon dollar azdır.

Məlumata görə, hesabat dövründə Çexiya Azərbaycandan ən çox neft idxal edən 6-cı ölkə olub.

 

Gözəl Həşimova