Çexiya və ABŞ 24 ədəd "F-35" səsdən sürətli döyüş təyyarəsi almağa dair razılığa gəlib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "CTK" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, sənədi respublikanın müdafiə naziri Yana Çernoxova və ABŞ-nin Çexiyadakı səfiri Bijan Sabet imzalayıblar.
Müqavilənin ümumi xərcləri 6,5 milyard dollar təşkil edəcək.
Qeyd edək ki, qırıcı təyyarələrin alınmasına Çexiya hökuməti ötən ilin sentyabrında razılıq verib.
Əli Ağayev