Azərbaycanla Bolqarıstan arasında bu ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 242,5 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 78,2% çoxdur.

Hesabat dövründə Azərbaycan Bolqarıstandan 12,8 milyon dollar dəyərində mal idxal edib. Azərbaycanın bu ölkəyə ixracı isə 229,6 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova