Çempionlar Liqasında iştirak edən ən bahalı futbolculardan ibarət simvolik komanda müəyyənləşib. 

İqtisadiyyat.az “Transfermarkt”ə istinadən turnirdə iştirak edən ən bahalı futbolçuların simvolik komandasını təqdim edib.

Transferin ümumi dəyəri 1,42 milyard avro olaraq qiymətləndirilir.

Qapıçı : Canluici Donnarumma (PSJ, 40 milyon avro).

Müdafiəçilər : Josko Qvardiol (Mançester Siti, 75 milyon avro), Ruben Dias (Mançester Siti, 80 milyon avro), Uilyam Saliba (Arsenal, 80 milyon avro).

Yarımmüdafiəçilər : Cude Bellinqhem (Real Madrid, 180 milyon avro), Rodri (Mançester Siti, 130 milyon avro), Vinisius Junior (Real Madrid, 180 milyon avro), Filipp Foden (Mançester Siti, 150 milyon avro), Bukayo Saka (Arsenal, 140 milyon avro) avro).

Hücumçular : Erlinq Holland (Mançester Siti, 180 milyon avro), Kilian Mbappe (Real Madrid, 180 milyon avro).