Avqustda Böyük Britaniyada istehlak qiymətləri illik ifadədə 2,2% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin (ONS) hesabatında deyilir.

Qeyd olunub ki, ərzaq, alkoqol, tütün və enerji xərcləri (əsas inflyasiya, CPI Əsas indeksi) istisna olmaqla qiymətlər avqustda illik ifadədə 3,6%, aylıq ifadədə isə 0,4% artıb.

Ölkədə pərakəndə satış qiymətlərindəki (RPI) artım illik ifadədə 3,5%-ə qədər yavaşlayıb.