Azərbaycanda müxtəlif markalı avtomobillər üçün ehtiyyat hissələrinin idxalı və satışı ilə məşğul olan “Zahid və Zakir” MMC ləğv edilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özü elan yayıb.

Xatırladaq ki, “Zahid və Zakir” MMC–nin əsas fəaliyyət sahəsi "Mercedes Benz", "BMW", "Toyota", "Mitsubishi", "Nissan" markalı avtomobillər üçün müxtəlif ehtiyyat hissələrinin idxalı və satışıdır.

Şirkət məhşur “Continental AG”, “Fuchs Europe Schmierstoffe GmbH”, “Michelin”, “Hella”, “Vierol AG”, “Helmut Seitz GmbH”, “SCT ”, “SPANESI S.p.A.”. şirkətlərinin rəsmi distribütorudur.

MMC-nin 6 satış mağazası və 3 servis mərkəzi mövcuddur.

Qeyd edək ki, “Zahid və Zakir” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb.