Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

***

16.32

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Məlumata görə, eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

"Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", NİİM-dən bildirilib.