Biləsuvar rayonunda ən yaşlı seçicinin 103 yaşı var.

İqtisadiyyat.az xəbər verir ki, fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində rayon üzrə qeydə alınan ən yaşlı seçici Kazımova Kübra Cavad qızıdır.

O, 69 saylı Biləsuvar seçki dairəsinin 21 saylı Ağayrı seçki məntəqəsində səs verəcək.

Qeyd edək ki, 69 saylı dairə üzrə 100 yaşı keçən 3 nəfər seçici qeydə alınıb.