Türkiyənin heyvandarlıqda önəmli mərkəzlərindən biri olan Bursanın Yenişəhər qəsəbəsində, damazlıq Alman Qarabaş fermasında saxlanılan heyvanlar ət məhsulunu 30% artırır.

Fermer Oqtay Öztürk: “Dünyada ətlik üçün və damazlıq üçün ən məhsuldar cins Alman Qarabaş qoyunları göstərilir. Biz də fermamızda bu cinsi bəsləyirik. Türkiyənin bir çox qəsəbələrindən fermerlər  bizdən damazlıq üçün qoç və quzu istəyirlər. Bu heyvanların ən böyük özəlliyi ətlik olmasıdır, quzular ət məhsulunu 30% artırır. Digər bir özəllikləri isə başqa quzular 100 günə 45 kq olduğu halda, bu cins 100 günə 60 kq olur. Hazırda fermadakı dişi qoyunların hamısı hamilədir. Doğulmamış quzulara da sifariş olduğu üçün tələbatı çatdıra bilmirik” deyə açıqlama verib.

 

Mehman Nəbiyev