Cənubi Koreya, Niderland, Hindistan, Norveç, Macarıstan, Almaniya, Böyük Britaniya və ABŞ-yə məxsus hava yolu şirkətləri İsrail-Fələstin münaqişəsi səbəbilə İsrailə uçuşları ləğv etdiklərini açıqlayıb.

Bu barədə İqtisadiyyat.az "Yonhap"a istinadən xəbər verir.

Məlumata görə, Cənubi Koreyanın ən böyük hava yolu şirkəti "Korean Air" bu həftə İsrailin paytaxtı Təl-Əvivə uçuşları ləğv edib. Hindistanın "Air India" aviaşirkəti İsrailə uçuşları oktyabrın 14-nə qədər dayandırıb.

Eyni zamanda, Norveçin "Norwegian Air" şirkəti də uçuşların oktyabrın 15-dək təxirə salındığını açıqlayıb.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" aviaşirkəti Təl-Əvivin Ben Hurion hava limanına və əks istiqamətdə bütün uçuşları ləğv edir.

 

Gözəl Həşimova