İndoneziyanın Sumatra adasında vulkan püskürməsi nəticəsində 11 nəfər ölüb, 12 nəfər itkin düşüb.

Bu barədə İqtisadiyyat.az istinadən xəbər verir.

Məlumata görə, Merapi vulkanı dekabrın 3-də püskürüb. Vulkan 3 min metrdən çox hündürlüyə kül atıb. Vulkanın tullantıları yaxınlıqdakı kəndlərə düşüb.

Ümumilikdə, püskürmə başlayanda vulkanın yaxınlığında 26 nəfər olub. Onlardan ən azı 8 nəfəri yanıq xəsarəti alıb, bir nəfər sınıq, bir nəfər isə kəllə-beyin travması alıb.

Qeyd edək ki, İndoneziyada ümumilikdə 130-a yaxın aktiv vulkan var.

 

Gözəl Həşimova