Qazaxıstan hakimiyyəti “Taliban” hərəkatını qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.

Məlumata görə, Talibanla bağlı qərar Birləşmiş Millətlər Təşkilatının təcrübəsi nəzərə alınaraq qəbul edilib.

Xatırladaq ki, Qazaxıstan Ali Məhkəməsi 2005-ci ildə Talibanı qadağan olunmuş terror qrupları siyahısına əlavə edib.

 

Gözəl Həşimova