Nigerdə ​​hakimiyyəti ələ keçirən üsyançılar Fransa ilə bütün təhlükəsizlik müqavilələrini ləğv etdiklərini açıqlayıblar.

Bu barədə İqtisadiyyat.az “Al Hadath”a istinadən xəbər verir.

Məlumata görə, üsyançılar Fransa ilə bütün təhlükəsizlik və hərbi müqavilələri, həmçinin iyulun 27-də ölkədə tətbiq edilən komendant saatını ləğv ediblər.

Əlavə edək ki, iyulun 26-da bir qrup Niger hərbçisi qiyam qaldırıb və Prezident Məhəmməd Bazumu hakimiyyətdən kənarlaşdırıblar.

 

Gözəl Həşimova