"Polşa artıq Ukraynaya heç bir silah göndərməyəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravietski bildirib.

Nazirin bəyanatı Polşanın böyük miqdarda Ukrayna taxılına embarqo qoyması səbəbindən bu ölkə ilə münasibətlərin gərginləşdiyi bir vaxta təsadüf edib. Onun sözlərinə görə, Ukrayna taxılının tranziti davam edəcək. Çünki Polşa bu tranzitə görə heç bir xərc çəkmir, əksinə, bundan faydalanır.

 

Gözəl Həşimova