Bakıda bəzi küçələrdə işıqforlar dayanıb.

Bakı Nəqliyyat Agentliyindən İqtisadiyyat.Az-a verilən məlumata görə, hadisə işıqforlara verilən elektrik enerjisinin dayandırılması ilə bağlıdır:

Məlumatda deyilir: "Cərəyan itkisi ilə əlaqədar olaraq bir sıra kəsişmələrdə işıqforlar işləmir. Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.
Hazırda svetoforlarla əlaqəsi olmayan kəsişmələr aşağıdakılardır:

M.Hüseyn küç. - Ş.Şamil küç.,
Ş.İ.Xətai pros. - Əhmədbəy Ağaoğlu küç.,
Ş.İ.Xətai pros.- Ə.Dəmirçizadə küç.,
M.Hadi küç.- Sarayevo küç.(Makdonaldsın yanı),
Q.Qarayev pros. - C.Naxçıvanski küç.,
Q.Qarayev pros.- A.Manafov küç.,
Babək pros.- 1-ci Köndələn.