Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan 8,137 mln ABŞ dolları dəyərində 4 998 ton süd idxal edib.

Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu, həcm baxımından 2018-ci ilin yanvar-iyul aylarının göstəriciləri ilə müqayisədə 798,2 ton (19%) çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 2,211 mln dollar (37,31%) çoxdur.

Bu ilin yanvar-iyul ayları ərzində süd idxalı Azərbaycanın ümumi idxalının 0,10%-ni təşkil edib.