Bu ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, xarici ölkələrə 1 411,47 ton nar ixrac edib.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, bu həcmdə narın dəyəri 2 150,84 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə nar ixracı ölkənin ümumi ixracındakı payı 0,08 % olub.

Ölkədə nar ixracı 2021-ci ilin ilk 2 ayının qeyri-neft sektoru üzrə ixracına nisbətən isə 0,65 % təşkil edib.