"Bakı Metropoliteni" QSC bu gün yeni qatarlarını xəttə buraxacaq.

İqtisadiyyat.Az xəbər verir ki, bu gün ümumilikdə 10 vaqon yaxud 2 qatar xəttə çıxarılacaq.

İlkin məlumata görə, qatarlar "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edəcək.

Xatırladaq ki, QSC bu il Rusiyadan 30 vaqon yaxud qatar alıb. Onlardan 10 vaqon artıq Bakıya gəlib. Avqustun 10-dan sonra isə ilin sonunacan daha 20 vaqon Bakıya gətiriləcək.