İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək. 

Bu gün Qarabağdakı separatçı rejimin "parlament"ində yeni "prezident" seçkisi keçirilməsi planlaşdırılır.

Bu gün Bakıda Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçiriləcək. İranın Tasnim İnformasiya Agentliyinin məlumatına görə, hərbi və müdafiə sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsinə dair iclasda iştirak etmək üçün İran Silahlı Qüvvələri Baş Qərargahının nümayəndə heyəti Azərbaycana gəlir.

Bu gün AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Belçika millisi ilə qarşılaşacaq. "Dalğa Arena"da baş tutacaq matç saat 17:00-da start götürəcək. 

Bu gün Hindistanın Yeni Dehli şəhərində “G20”liyin zirvə toplantısına start veriləcək.