İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Ermənistanın müraciətinə əsasən, bu gün BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ətrafında vəziyyətlə bağlı sessiyası baş tutacaq.

Bu gün Bakıdan yola salınan daha 58 nəfərdən ibarət 16 ailə Laçına çatacaq. 

Bu gündən ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başlayır. Seçim avqustun 28-dək davam edəcək və internet vasitəsilə aparılacaq.

“Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası bu gün Gəncə şəhərində baş tutacaq. Aksiya Füzuli Parkının qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. 

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Saat 10:00-da başlayacaq iclasda 2023/2024-cü illər mövsümündə II Liqada çıxış edəcək komandaların siyahısının təsdiqi məsələsinə baxılacaq.

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda HJK klubunun qonağı olacaq “Qarabağ” bu gün saat 11:00-da Finlandiyaya yollanacaq.

Avqustun 17-25-də Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyi keçiriləcək. Yarışın püşkü bu gün atılacaq.