Qəzzada elektrik və suyun kəsilməsi elektrik stansiyasını bir neçə gün ərzində yanacaqsız qoya və 610 mindən çox insanın içməli su çatışmazlığı ilə üzləşməsinə səbəb ola bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi məlumat yayıb.

Bildirilib ki, İsrail-Fələstin münaqişəsi davam edir və Qəzzadan İsrailə raketlər atılır. Buna baxmayaraq, qurum insanlara vacib tibbi ləvazimatların çatdırılması üçün Qəzzaya humanitar dəhlizin açılmasına çağırıb.

 

Gözəl Həşimova