Təhlükəsizlik Şurası (TŞ) çox güman ki, bu ay Ukrayna problemlərinə dair bir və ya bir neçə iclas keçirəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maltanın dünya təşkilatındakı daimi nümayəndəsi, apreldə ölkəsi Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edəcək Vanessa Freyzer deyib.

"Ukrayna ilə bağlı görüşlərin olması qaçılmazdır, çünki bu, davam edən münaqişədir", - o, müvafiq suala cavab verib. 

Freyzer əlavə edib ki, qurumun aprel ayı üçün proqramında indiyədək Ukraynadakı münaqişə ilə bağlı heç bir görüş yoxdur, lakin təcrübənin göstərdiyi kimi, hər ay bu məsələ ilə bağlı görüşlər keçirilir.