İngiltərədə 400 mağazası olan məişət malları, bəzək məhsulları, tekstil və bağ ləvazimatları satan Wilko iflas elan edilib.

İqtisadiyyat.az xəbər verir ki, iflas elan edilməsi ilə bağlı şirkət özü müraciət edib.

Wilko tərəfindən verilən açıqlamada, pərakəndə satış şəbəkəsinin iflas bəyannaməsi verdiyi vurğulanıb.

Wilko Meneceri Mark Ceksın şirkət üçün maliyyə axtarışları müddətinin bitdiyini, şəbəkəni iflas elan etməli olduqlarını bildirib.

Qeyd edək ki, maddi sıxıntı içində olan ailə şirkəti bir müddət idi ki, maliyyə axtarırdı. Ölkə daxilində 400 mağazası ilə xidmət göstərən şirkətdə hələ də 12 min adam çalışır.