Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarp Azərbaycan xalqını Yeni il bayramı münasibətilə təbrik edib.

İqtisadiyyat.az xəbər verir ki, Ceyms Şarp bununla bağlı "X" hesabında yazıb.

“Yeni iliniz mübarək”, - keçmiş səfir paylaşımında vurğulayıb. Qeyd edək ki, sabiq səfir paylaşımını Azərbaycan dilində edib.

Xatırladaq ki, C.Şarp 2019-2022-ci illərdə Böyük Britaniyanın ölkəmizdəki səfiri işləyib.