Böyük Britaniya parlamenti ilk dəfə olaraq Tayvanı rəsmi olaraq müstəqil ölkə adlandırıb.

Bu barədə İqtisadiyyat.az "Politico"ya istinadən xəbər verir.

“Tayvan artıq müstəqil bir ölkədir. Tayvanın daimi əhalisi, müəyyən edilmiş ərazisi, hökuməti və digər dövlətlərlə münasibətlərə girmək imkanı var. Bir sözlə Tayvan dövlətçilik üçün bütün lazımi keyfiyyətlərə sahibdir. Sadecə bu ölkə beynəlxalq olaraq tanınmır”, - parlamentin məlumatında deyilir.

 

Gözəl Həşimova