Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Yeni il münasibətilə Azərbaycan dilində videomüraciət ünvanlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında paylaşım edib.

"Hər iki istiqamətdə dialoq və səfərlər daha dərin anlaşmaya təkan verib və qarşıdan gələn ildə daha güclü tərəfdaşlıq üçün zəmin yaradıb. Yeni ildən gözlədiyimiz çox şey var. Azərbaycanın və Ermənistanın elan etdiyi cəsarətli və etimadverici addımlar sayəsində sanki Cənubi Qafqazda sülhün bərqərar olmasına çox yaxınlaşmışıq!" - o qeyd edib.

Ferqus Azərbaycanın COP-29-a ev sahibliyi etməsi üçün seçilməsinin böyük şərəf olduğunu və həmçinin planet və gələcək nəsillər üçün məsuliyyət olduğunu qeyd edib və Azərbaycanın bu təntənəli vəzifəni öz üzərinə götürəcəyinə əminliyini vurğulayıb.//Report//