Hərraclarda “Brent” markalı neftin fevral fyuçersləri 78.65 ABŞ dollarına satılıb.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından götürülüb.

Xatırladaq ki, "Brent" neftinin ən aşağı qiyməti 2022-ci il dekabrın 12-də qeydə alınıb.

Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.