"Aİ müharibə vəziyyətində deyil və mübarizə aparmaq niyyətində deyil, baxmayaraq ki, icma öz müdafiə qabiliyyətini artırmalıdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borrell bildirib.

"Avropanın şərqində müharibə gedir və onun sona çatması yaxın görünmür. Avropalılar başa düşməlidirlər ki, aramızda yaradılmış sülh istisnadır. Dünya qəddar bir dünyadır. Biz müharibə vəziyyətində deyilik və bunu istəmirik. Ancaq Aİ-nin müdafiə qabiliyyətini artırmaq barədə düşünməliyik", - Aİ diplomatiyasının rəhbəri "La Sexta" telekanalına müsahibəsində qeyd edib.

"Əgər biz müharibədə olsaydıq, üçüncü dünya müharibəsindən danışardıq", - o əlavə edib. 

O həmçinin aydınlaşdırıb ki, son bir ildə Aİ ölkələri 40 mindən çox ukraynalı əsgərə təlim keçib.