Bolqarıstan Prezidenti Rumen Radev prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə işgüzar səfər edəcək.


İqtisadiyyat.az xəbər verir ki, Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, sabah İstanbulda keçiriləcək görüşlərdə Türkiyə ilə Bolqarıstan arasında ikitərəfli əlaqələr müxtəlif aspektlərdə nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

 

Görüşlər zamanı cari, regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsinin aparılması da nəzərdə tutulub.