BMT Təhlükəsizlik Şurası ərəb ölkələri tərəfindən hazırlanmış və Qəzza zolağına humanitar yardım axınının asanlaşdırılmasına yönəlmiş qətnamə layihəsini qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qətnamənin lehinə 13 ölkə səs verib, Rusiya və ABŞ bitərəf qalıb. 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında qəbul ediləcək qətnamə qəbul edilməsi üçün Təhlükəsizlik Şurası üzvlərinin doqquz səsini almalı, bunun qarşılığında Şuranın heç bir daimi üzvü sənədə qarşı çıxmamalıdır.