BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq nizamlanması üzrə çərşənbə günü saat 10:00-a (Bakı vaxtı ilə 18:00 - red.) planlaşdırılan iclası, eləcə də KXDR-in raket sınaqları ilə bağlı qapalı məsləhətləşmələri təxirə salınıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT baş katibinin ofisi bildirib.

İclasın ləğvi ilə bağlı hər hansı bir izahat verilməyib.

Bu arada, Təhlükəsizlik Şurasının iş üsullarının açıq müzakirəsi sentyabrın 5-nə planlaşdırılıb. 

Avqustda BMT Təhlükəsizlik Şurasına sədrlik ABŞ-yə keçib. Ayın əvvəlində Şura avqust ayı üçün iş proqramı ilə bağlı razılığa gələ bilməyib. Çünki ABŞ Ukrayna ilə bağlı görüşü ayın 24-nə təyin etməkdə israr edib. Rusiya isə buna qarşı çıxıb.