BMT İsrailin Suriyanın paytaxtında İran səfirliyinə hava zərbəsi endirməsindən son dərəcə narahatdır. 

İqtisadiyyat.az xəbər verir ki, bunu dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Əlbəttə, bu xəbərlərdən çox narahatıq, lakin bunun doğru olduğu ortaya çıxarsa, hadisələrin inkişafını izləmək üçün fikrimizi bildirmək məqsədilə bir az daha çox məlumat alana qədər gözləyəcəyik", - diplomat jurnalistlərinn İsrail hərbçilərinin hərəkətlərini şərh etmək barədə sualına cavab olaraq deyib.