İsrail və HƏMAS qruplaşması arasında Qəzzada gedən müharibə nəticəsində 1,9 milyon insan didərgin düşüb. Bu da Qəzza əhalisinin 80%-dən çoxunu təşkil edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) məlumat yayıb.

Məlumata görə, müharibə nəticəsində 6 min 150-dən çoxu uşaq, 4 mindən çoxu qadın olmaqla 15 min 523 Qəzza sakini həyatını itirib. Eyni zamanda, 41 min 316 nəfər isə yaralanıb.

 

Gözəl Həşimova