İsrail və HƏMAS qruplaşması arasında Qəzzada təxminən 6 aydır davam edən müharibədə Birləşmiş Millətlər Təşkilatının (BMT) 176 əməkdaşı həlak olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qəzzadakı vəziyyətlə bağlı BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyindən (UNRWA) açıqlama verilib.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatına görə, İsrail martın 1-dən etibarən Qəzzanın şimalına həyata keçirilməsi planlaşdırılan humanitar yardım missiyalarının 30 faizini rədd edib.

 

Gözəl Həşimova