Oktyabrın 7-dən bəri Qəzzada 11 çörək zavodu məhv edilib. Bölgədə yalnız 9 çörək zavodu fəaliyyət göstərir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (UNOCHA) məlumat yayıb.

Məlumata görə, çörək zavodları UNOCHA-dan un alıb, lakin yanacaq çatışmazlığı səbəbindən fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkirlər.

 

Gözəl Həşimova