BMT-nin Təhlükəsizlik Şurasının iclasında Qarabağdakı vəziyyət müzakirə olunur. 

İqtisadiyyat.az xəbər verir ki, Ermənistanın müraciəti əsasında Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə əlaqədar Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilir. Bu dəqiqəyə qədər Braziliya, Qana, Albaniya və Çinin rəsmi nümayəndələri məsələ ilə bağlı öz fikirlərini bölüşüblər. Albaniya və Braziliya təmsilçiləri Laçın dəhlizi ilə yanaşı, alternativ yolların da, o cümlədən Ağdam-Xankəndi yolunun da humanitar vəziyyətin düzəlməsində istifadə edilə biləcəyini dilə gətirib.  

Qeyd edək ki, avqust ayında BMT Təhlükəsizlik Şurasına Amerika Birləşmiş Ştatları sədrlik edir və iş proqramını Vaşinqton tərtib edir.