Birləşmiş Millətlər Təşkilatının nümayəndələri Qəzza zolağının şimalındakı Əl-Şifa xəstəxana kompleksinə ən qısa zamanda baş çəkmək niyyətindədirlər.

İqtisadiyyat.az xəbər verir ki, bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Biz insanlara tibbi yardım almağa və xəstəxananın vəziyyətini qiymətləndirməyə kömək etmək üçün mümkün qədər tez xəstəxanaya missiya planlaşdırırıq", - diplomat qeyd edib. 

Düjarrik əlavə edib ki, BMT dünya təşkilatının əməkdaşlarının xəstəxana kompleksinə getməsi üçün təhlükəsizlik zəmanəti alacağını gözləyir.

Aprelin 1-də İsrail ordusu Qəzza zolağının şimalındakı Əl-Şifa xəstəxana kompleksi ərazisində əməliyyatın başa çatdığını elan edib. İsrailin baş naziri Benyamin Netanyahu xəstəxananın HƏMAS-ın mərkəzi terror qərargahına çevrildiyini iddia edib. Onun sözlərinə görə, əməliyyat zamanı hərbçilər 200-dən çox silahlı radikalı məhv ediblər. İsrail Müdafiə Qüvvələri hərbçilərin mülki şəxslərə, xəstələrə və tibb işçilərinə zərər vermədiyinə əminlik verib. Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, iki həftə ərzində əş-Şifada 21 xəstə ölüb. Fələstin Səhiyyə Nazirliyi Əl-Şifa xəstəxanasındakı hərbi əməliyyatı beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirib.