500-ə yaxın əcnəbiyə Qəzza zolağından çıxmağa icazə verilib. 

İqtisadiyyat.az xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Biz bilirik ki, 500-ə yaxın xarici pasport sahibinə Qəzza zolağından çıxmağa icazə verilib”, - o qeyd edib.

Düjarrik əlavə edib ki, BMT həm də bölgədə fəaliyyət göstərən əməkdaşlarının rotasiyasını həyata keçirə bilib.

"CNN"in əvvəllər ABŞ administrasiyasındakı mənbələrə istinadən verdiyi məlumata görə, Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağından çıxmağa icazə veriləcək xarici vətəndaşların sayı 5-7 min arasında dəyişə bilər. Nəşrin məlumatına görə, sonrakı günlərdə əcnəbilərin sayı artacaq.